kriminal.az
Qurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy mərasimi keçirilib. Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun Əsmər adlı qızı ilə ailə həyatı qurub.

Toy məclisi şəhər restoranlarının birində sadə formada təşkil olunub. Kriminal.az Manşet.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın yüksək vəzifəli şəxsləri, nazirlər, generallar, icra başçıları, komitə rəhbərləri, deputatlar, ictimai-siyasi xadimlər, media rəhbərləri, tanınmış idmançılar, sənətçilər və bir sıra məşhur simalar iştirak edib.

Bəzi nazirlər ailə üzvləri və övladları ilə birlikdə məclisə qatılıblar.

Toy məclisi dəbdəbədən uzaq, Azərbaycanın milli adət-ənənələrinə uyğun formada həyata keçirilib.

Olay.az isə yazır ki, məclis iki hissəyə ayrılıb: birində bəylər, digərində xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub.

Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa, gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Top
0.06687593460083