Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb.
Kriminal.Az xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, ikigünlük səfər diplomatik baxımdan ən yüksək dövlət statusuna malikdir.
Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
Səfərin yekununda dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi və hökumətlərarası, eləcə də digər sənədlərin imzalanması planlaşdırılır.