kriminal.az
Göyçayda avtomobildə üzərində xəsarət olan kişi meyiti tapılıb

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Kriminal.Az-ın sorğuya cavab olaraq bildirilib ki, araşdırmalarla həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Əlavə məlumat veriləcəkdir.

Top
0.073883056640625