Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının qalibləri və medalçılarını, eləcə də onların məşqçilərini dövlət mükafatları ilə təltif edib.
Kriminal.Az Ukrayna mediasına istinadən xəbər verir ki, bu, ölkənin Müstəqillik Gününün 33-cü ildönümündə keçirilən olimpiyaçılarla görüş zamanı baş verib.
Mükafatçıların siyahısına azərbaycanlı Pərviz Nəsibov da daxil olub.
Güləşçi 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edilib.
Xatırladaq ki, Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb.