Bu gün səhər saat 08:00-dan etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.
Məntəqə sədri Xanım Sultanova Kriminal.Az-a bildirib ki, məntəqədə 1384 seçici var:
"Səhər saatları olmasına baxmayaraq, 200 nəfərə yaxın vətəndaş səsvermə hüququndan istifadə edib".
"Həmçinin, məntəqədə 2 daşınmaz, bir daşınar qutu var. 11 nəfər məntəqədən kənarda səs vermək üçün müraciət edib. 16:00-dan sonra onların ünvanına gediləcək", - məntəqə sədri əlavə edib.
Mərahim Nəsib