kriminal.az
Məntəqə sədri:

"Əsgəranda səsvermə prosesində iştirak edən seçicilər tam şəffaf şəraitdə səs veriblər".

Bunu "Report"un bölgəyə ezam olunmuş əməkdaşına açıqlamasında 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Əsgəranda yerləşən 71 saylı seçki məntəqəsinin sədri Əliniyaz Nəcəfov deyib.

Onun sözlərinə görə, məntəqədə qeydiyyatda olan 347 seçicinin 75 faizindən çoxu artıq səsvermədə iştirak edib.

"Seçicilər səsvermə prosesində tam şəffaf şəraitdə səs verirlər. Bu vaxta qədər məntəqədə hər hansı nöqsan qeydə alınmayıb" , - məntəqə sədri bildirib.

Top
0.086113929748535