kriminal.az
ABŞ-də qatarda atışma: Ölənlər var

ABŞ-nin İllinoys ştatının Forest Park şəhərində qatarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub.

Kriminal.Az xəbər verir ki, bu barədə "ABC News" polisin bəyanatına istinadən məlumat yayıb.

"Forest Parkın Polis Şöbəsinə üç nəfərin qatarda vurulması ilə bağlı təcili çağırış daxil olub. Səlahiyyətlilər dörd qurbanı aşkar edib. Onlardan üçü yerindəcə ölüb, dördüncüsü Meyvuddakı Loyola Universitetinin Tibb Mərkəzinə göndərilib və orada dünyasını dəyişib", - telekanalın saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, şəhər polisi Çikaqo Tranzit Təşkilatının mühafizəsi ilə birlikdə müşahidə kameraları vasitəsilə iddia edilən hücumçunun izinə düşüb və o, nəzarətə götürülüb.

Top
0.11077690124512