"COP29 kimi böyük və dünya əhəmiyyətli bir tədbirin qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq".
Kriminal.Az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin deyib.
"Azərbaycanlı həmkarım Emin Əmrullayevin dəvəti ilə gəlmişəm.
COP29 kimi böyük və dünya əhəmiyyətli bir tədbirin qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq. Azərbaycanın bu uğurunu görmək bizi sevindirir.
Bu dünya hamımızındır. Onu gələcək nəsillərə ötürmək hamımızın borcudur. Bizim bu gün istifadə etdiyimiz çevrə övladlarımızın, nəvələrimizin də haqqıdır. Onlara bu çevrəni sağlam şəkildə ötürmək üçün biz onunla ehtiyatlı davranmalıyıq. Ümid edirəm ki, diqqət çəkmək istədiyimiz problemlərə heç kim etinasız qalmaz", - deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, Yusuf Tekin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Sıfır Tullantı" mövzusunda hazırlanan stendi və Heydər Əliyev fondunun stendini ziyarət edib.
Xanım Aydın