kriminal.az
Livan və

Livan və "Hizbullah" təşkilatı ABŞ-nin İsraillə atəşkəs barədə təklif etdiyi saziş layihəsini bəyənib və məzmunu ilə bağlı bəzi şərhlər verib.

Kriminal.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.

Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını göndərib. Məmur qeyd edib ki, indi hər şey İsraildən asılıdır.

"Layihə ilə bağlı təqdim olunan şərhlər müsbət xarakterlidir", - deyə Ə.H.Xəlil vurğulayıb.

Başqa təfərrüat açıqlanmır.

Top
0.33516311645508