kriminal.az
Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:

"Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir".

Məhərrəm Əliyev

Top
0.10513305664062