kriminal.az
Çin maşınları radiasiya yayır? - AÇIQLAMA

Çin istehsalı hibrid avtomobillərdə radiasiya göstəriciləri yüksək olsa da, insan sağlamlığı üçün təhlükə yoxdur.

Kriminal.az milli.az-a istinadən xəbər verir ki, avtomobil sahəsi üzrə ekspert Yuliya Truşkova bildirib ki, hibrid və elektrik avtomobillərin akkumulyator və yüksək gərginlikli naqilləri işləyərkən elektromaqnit sahəsi yaranır. Bu, xüsusilə sürətli yükləmə və ya kəskin sürətlənmə zamanı normadan artıq ola bilər. Normadan artıq şüalanma əsasən invertor yaxınlığında və akkumulyatorun alt hissəsində qeydə alınır.

Mütəxəssis vurğulayıb ki, sanitar normalar davamlı təsir nəzərə alınaraq hazırlanıb, avtomobildə isə radiasiya qısamüddətlidir və sabit deyil. Müasir hibridlərdə naqillər çoxqatlı izolyasiya ilə, batareyalar metal qutular və ferrit halqaları ilə qorunur. Bu tədbirlər radiasiyanın səviyyəsini xeyli azaldır.

Truşkova əlavə edib ki, məsafə qorunma üçün əsas amildir, elektromaqnit sahəsinin gücü məsafənin kvadratı ilə azalır. Sürücü adətən radiasiya mənbəyindən 40-60 sm aralıda oturur və kabellər qoruyucu kanallardan keçir. Beynəlxalq araşdırmalar da real şəraitdə hibrid avtomobillərin insan sağlamlığı üçün təhlükəli olmadığını göstərir.

Qeyd edək ki, əvvəlki ölçmələrdə bir Çin hibrid avtomobilində elektromaqnit sahəsi normanı səkkiz dəfə keçmişdi. Sürətlənmə zamanı elektrik sahəsinin gücü 200 V/m-ə çatmışdı, norma isə 25-40 V/m arasında dəyişir. Mütəxəssis sürücüləri panikaya qapılmamağa və sadəcə normal ehtiyat tədbirlərini saxlamağa çağırıb.

Top
0.061648845672607