kriminal.az
İranda gündəmə gələn

İranda Zəngəzur dəhlizi ilə bağlı ehtiraslar yenidən coşub və "qırmızı xətt" söhbəti təzədən gündəmə gəlib.

Bu dəfə hədəfdə Azərbaycanla yanaşı, həm də Rusiyadır, dəqiq desək, daha çox Rusiyadır. Əvvəlcə mediada başlayan Rusiya əleyhinə kampaniya rəsmi şəxslərin açıqlamaları ilə davam etməkdədir. Elə dünən İranın xarici işlər naziri Abbas Əraqçi bununla bağlı özünün "X" səhifəsində yazıb:

"Regionda sülh, təhlükəsizlik və sabitlik sadəcə prioritet deyil, bizim milli təhlükəsizliyimizin sütunlarından biridir. Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid, yaxud sərhədlərin yenidən çəkilməsi şimalda, cənubda, şərqdə və qərbdə baş verməsindən asılı olmayaraq, tamamilə qəbuledilməzdir və İranın qırmızı xəttidir".

Əraqçi Rusiyanın adını çəkməsə də, İran mətbuatı bu açıqlamanı məhz Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyinə reaksiya kimi şərh edib.

İran Məsləhət Şurasının üzvü, "SEPAH"ın keçmiş baş komandanı Möhsün Rzayi daha açıq danışaraq bildirib:

"Zəngəzur dəhlizi və İrana məxsus üç ada ilə bağlı Rusiya dövlət xadimlərinin davranışı heç bir vəchlə qəbul edilə bilməz və İranla dostluq, strateji münasibətlər barədə bəyanatlarla açıq-aşkar ziddiyyət təşkil edir".

Tanınmış İran siyasətçisi, ölkə parlamentinin sabiq vitse-spikeri Əli Mütəhərri isə bu məsələdə İran hökumətini diqqətli olmağa çağıraraq yazıb:

"On dördüncü hökumət Ermənistanda son vaxtlar Rusiyanın da dəstəklədiyi Zəngəzur dəhlizinin çəkilişinə həssas yanaşmalıdır. Rusiya heç vaxt, xüsusən də Ukrayna məsələsinə başının qarışdığı hazırkı dönəmdə İranın maraqlarını düşünməyib. Bu dəhliz Ermənistan üzərindən İranın Avropaya gedən yolunu bağlayacaq".

Qeyd edək ki, İranda Zəngəzur dəhlizi əleyhinə bu kampaniya avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən sonra vüsət alıb, Rusiya xarici işlər naziri Sergey Lavrovun regionda kommunikasiyaların açılmasını Ermənistanın sabotaj etdiyi barədə açıqlamasının, eləcə də Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bu mövzuda son günlər verdiyi şərhlərin ardınca isə bir növ isterika səciyyəsi kəsb edib.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

İranda gündəmə gələn "qırmızı xətt": Zəngəzur dəhlizi ilə bağlı ehtiraslar yenidən coşdu

İranda gündəmə gələn "qırmızı xətt": Zəngəzur dəhlizi ilə bağlı ehtiraslar yenidən coşdu

Top
0.056831836700439