kriminal.az
İkiaylıq körpə ölümlə mübarizə aparır: Yaşaması üçün iki min manat əskik qalıb

Üçaylıq Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Yasəmən Əhmədova məlumat verib.

O bildirib ki, övladı iyunun 21-də dünyaya gəlib:

"İyunun 21-də mənim əkiz övladlarım Hüseyn və Həsən dünyaya gəliblər. Həsənin sağlamlığı yerində olsa da, Hüseynin vəziyyəti ağır olaraq doğulub. Ana bətnində olanda onun bağırsaqlarının çöldə olduğunu müşahidə etdik. Həkimlər belə uşağın tam sağlam doğulub, əməliyyatla normal həyata qayıda biləcəyini dedilər. Lakin Hüseyn doğulanda biz onun qarın divarının digər anadangəlmə inkişaf qüsuru olduğunu və dəqiqləşdirilməmiş spina-bfida xəstəliyi olduğunu öyrəndik. Hüseynin cinsiyyət orqanı tamamilə parçalanıb, onun cinsiyyətinin hamiləlik dövründə oğlan olduğu deyilmişdi".

Gənc ana övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Hüseyn dünyaya gələndə onun 10 gündən artıq yaşamayacağını dedilər. Amma şükür ki, o artıq üçüncü aydır həyatla mübarizə aparır. Bir çox həkimlərə müraciət etsək də, demək olar ki, heç biri bizi qəbul etmədi. Tək bir həkim bizi qəbul edib, o da Hüseynin ilk iki əməliyyatı üçün 15 min manat lazım olduğunu deyib. Hazırda bu məbləğin 13 min manatını toplaya bilmişik. Yoldaşım sürücü işləyir, özüm isə evdar qadınam. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 562-56-05.

Beynəlxalq Bank: 5522 0993 6875 6086.

Top
0.10285496711731