Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Kriminal.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər, o cümlədən Bakı şəhərindən - 18 ailə (60 nəfər), Bərdə rayonundan - 4 ailə (10 nəfər), Sumqayıt şəhərindən - 2 ailə (8 nəfər), Tərtər rayonundan - 2 ailə (7 nəfər), Abşeron rayonundan - 1 ailə (6 nəfər) köçürülüb. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 21 ailə (74 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından səhər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa RİH-in nümayəndələri tərəfindən yola salınıb. Bərdə və Tərtər rayonlarında məskunlaşmış 6 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.Az
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb