kriminal.az
Ağdaşda toyda 28 yaşlı oğlanı öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sentyabrın 8-də saat 00:05-də Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Kriminal.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Ağdaşda keçirilən baş verib. Toyda baş verən dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Top
0.097811937332153