kriminal.az
Paytaxtda evdən 89 min manatlıq oğurluq olub

Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74 000 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.

Faktl bağlı araşdırma aparılır.

Top
0.10501503944397