kriminal.az
“MTV Azərbaycan”a uğurlu təyinat ! Elsevər Dünyamalıyev icraçı direktor təyin olundu

“MTV Azərbaycan”a yeni icraçı direktor təyin olunub.

Korrupsiya.az informasiya agentliyi xəbər verir ki,, bu barədə telekanalın aparıcısı Tarix Əliyev məlumat yayıb. O bildirib ki, “MTV”də sözügedən vəzifəni Elsevər Dünyamalıyev icra edəcək.

Qeyd edək ki, bir müddət öncə Fariz Əliyev bir aylıq fəaliyyətindən sonra həmin vəzifədən ayrılıb. Bu barədə o, OLAY-a açıqlama verib.

Onu da xatırladaq ki, E. Dünyamalıyev daha əvvəl AzTV-nin sədr müavini kimi çalışıb.

Top
0.11869096755981