kriminal.az
Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına başlanıldı

Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına start verilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Top
0.16029000282288