kriminal.az

Türkiyədə 2023-cü ilin fevralın 6-da baş verən zəlzələdən sonra köməyə ilk gələn Azərbaycan olub. Ölkəni yasa boğan faciədən il yarım keçməsinə baxmayaraq, Azərbaycanın dəstəyi davam edir.

"Əsrin fəlakəti" zamanı Kahramanmaraşın Azərbaycan məhəlləsi də zəlzələ nəticəsində dağılıb. Məhəlləni yenidən qurmaq üçün Bakıdan dəstək gəlib. İlk olaraq məktəbin tikintisi başa çatdırılıb. Növbə 1000 mənzilli yaşayış binaların tikintisinin başa çatdırılmasındadır.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə nüfuzlu "Haber Global" kanalı süjet hazırlayıb.

Reportaj iki ölkənin qardaşlığı baxımından çox vacib yerdə - Azərbaycan məhəlləsinin mərkəzində hazırlanıb.

"Burada Bakı tərəfindən inşa edilən və Heydər Əliyevin adını daşıyacaq ibtidai məktəbin açılışı olacaq və məktəblilər də yeni təhsil ilinə başlayacaqlar. Məktəbin girişində çağdaş Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı abidəyə həkk olunub. Onun yanında da Mustafa Kamal Atatürkün "Nə mutlu türküm deyənə" şüarı yerini alıb", - deyə müxbir məktəbdən hazırlanan reportajda bildirib.

Kanal xatırladıb ki, Naxçıvanda 25 sentyabr 2023-cü il tarixində imzalanan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiqlənməsi haqqında qərar həmin ilin noyabr ayında "Resmi Gazete"də dərc edilib.

"Saziş Kahramanmaraşda 6 fevralda baş verən zəlzələlərdən zərər görmüş bölgələrdən birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin inşası ilə bağlı layihənin tərəflərin müəyyən etdiyi şərtlər çərçivəsində və tərəflərin qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsinə dair əsas prinsipləri tənzimləyir. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov may ayında bölgəyə səfər etdi. Həmin səfər zamanı Ə.Əsədov belə deyib: "Kahramanmaraşda Azərbaycanın və liderimiz Heydər Əliyevin adını yaşadırıq. 2025-ci ilin fevral ayına qədər Azərbaycan məhəlləsinin tikintisini tamamlamağı hədəfləyirik", - deyə reportajda bildirilib.

Ətraflı süjetdə:

"Haber Global" Kahramanmaraşdakı yeni inşa edilən Heydər Əliyev adına məktəbdən süjet hazırladı

"Haber Global" Kahramanmaraşdakı yeni inşa edilən Heydər Əliyev adına məktəbdən süjet hazırladı

Top
4.6442539691925