kriminal.az
Məşhur amerikalı müğənni intihar etmək istəyən qadını xilas etdi - ANBAAN VİDEO

Rok musiqisinin əfsanəvi adlarından olan ABŞ-li Con Bon Covi klip çəkilişləri zamanı maraqlı hadisənin şahidi olub. ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində Con Seygenthaler piyada körpüsündə klip çəkən 62 yaşlı müğənni bir qadının özünü körpüdən atmaq istədiyini görüb.

Bu barədə Kriminal.Az Habertürk.com-a istinadən xəbər verir.

Körpünün digər tərəfində olan rok ifaçısı qadının yanına gedib və məhəccərlərdən yapışan qadından bir neçə metr aralıda dayanıb, onunla danışmağa başlayıb. Nəticədə Con Bon Covi qadını intihardan etməməyə razı sala bilib. Lakin müğənninin bu zaman hansı ifadələrdən istifadə etdiyi məlum deyil.

Sənətçi daha sonra yanındakı digər şəxslə birlikdə özünü pis hiss edən qadını məhəccərlərdən uzaqlaşdırıb.

İzləyiciləri tərəfindən bəyənilən bu qəhrəmanlıq davranışından sonra müğənni hər hansı açıqlama verməkdən çəkinib.

Məşhur amerikalı müğənni intihar etmək istəyən qadını xilas etdi - ANBAAN VİDEO

Məşhur amerikalı müğənni intihar etmək istəyən qadını xilas etdi - ANBAAN VİDEO

Top
0.10953187942505