kriminal.az
Ronaldu virusa yoluxdu: Çempionlar Liqasına getməyəcək

"Ən-Nəsr"in hücumçusu və kapitanı Kriştianu Ronaldu xəstəliyi səbəbindən komanda ilə sentyabrın 16-da "Əl-Şorta" ilə Afrika Çempionlar Liqası matçının keçiriləcəyi İraqa gedə bilməyəcək.

Kriminal.Az xəbər verir ki, Ronaldu bu gün özünü pis hiss edib və ona virus infeksiyası diaqnozu qoyulub.

"Komandanın həkimi idmançının istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, komanda ilə İraqa getməyəcək. Kapitanımızın tezliklə sağalmasını arzulayırıq", - Səudiyyə klubunun sosial şəbəkələrdəki açıqlamasında deyilir.

Qeyd edək ki, "Əl-Şorta" - "Ən-Nəsr" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Top
0.90038394927979