kriminal.az
Növbədənkənar parlament seçkisində seçicilərin təhlükəsizliyi necə təmin olunub?

"Seçkidə təhlükəsizlik ilk gündən yüksək şəkildə təmin olunub".

Kriminal.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, təhlükəsizliyə cavabdeh olan qurumlar seçkidə çox ciddi şəkildə fəaliyyət göstəriblər:

"Mərkəzi Seçki Komissiyası da onlarla birgə tədbirlər keçirib, maarifləndirmə layihələri təşkil olunub. Ona görə ki, tərəflərin fəaliyyəti Seçki Məcəlləsi ilə onlara verilən səlahiyyəti aşmasın. Əbəs deyil ki, seçkidən narazı olanlara təhlükəsizlik qüvvələrinin heç bir müdaxiləsi olmayıb".

Mərahim Nəsib

Top
0.048655033111572