kriminal.az
Abşeronda uşağı sürət qatarı vurdu

Abşeron sürət qatarı azyaşlını vurub.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində rayonun Güzdək qəsəbə sakini, 2019-cu il təvəllüdlü Nuray Bəşirova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlərin uşağın vəziyyətini kritik qiymətləndirirlər.

Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında da baş verib. Azərbaycan Dəmir Yolları QSC-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb və həyatını itirib.

Top
0.086917877197266