kriminal.az
Elektron siqaretlər beyni kütləşdirir

Ekvadorun Katolik Universitetinin alimləri aşkar ediblər ki, elektron siqaretlər ənənəvi siqaretdən daha çox koqnitiv qabiliyyətləri azaldır. Ancaq beyin sağlamlığı üçün ən təhlükəlisi bu iki pis vərdişin birləşməsidir.

Kriminal.Az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Nevroloji Assosiasiyasının (ANA) 149-cu illik toplantısında təqdim olunub.

Tədqiqatda 405 ispanəsilli tələbə iştirak edib. Onlara koqnitiv pozğunluğu yoxlamaq üçün geniş istifadə olunan Monreal Koqnitiv Qiymətləndirməsini (MoCA) tamamlamaq tapşırılıb. Bu testdəki suallar yaddaş, vizual məkan qabiliyyətləri, dil və abstrakt təfəkkür, icra funksiyaları, diqqət, zaman və məkanda oriyentasiyanın qiymətləndirilməsinə yönəldilib.

Nəticələr göstərdi ki, nə adi, nə də elektron siqaret çəkməyən tələbələr orta hesabla 26 MoCA balı toplayıblar. Elektron siqaretdən istifadə edən iştirakçılar orta hesabla 24 bal, adi siqaret çəkənlər isə orta hesabla 25 bal alıblar. Koqnitiv sağlamlığın ən aşağı göstəricilərini həm elektron, həm də adi siqaretdən istifadə edən tələbələr nümayiş etdiriblər.

Top
0.26805686950684