kriminal.az
Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Abşeron rayonunda 56 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Cəfər Həmid oğlu Abdullayev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.20857191085815