kriminal.az
Bakıda güclü YANĞIN

Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.

Kriminal.Az-ın məlumatına görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Top
0.13227105140686