kriminal.az
Peycer partlayışlarının doğurduğu qorxu dalğası: Smartfon və elektromobillər silaha çevrilir?

Sentyabrın 17-də minlərlə "Hizbullah" üzvünün şəxsi peycerlərinin , nəticədə ən azı dörd min nəfərin yaralanması və biri səkkiz yaşlı uşaq olmaqla, 12 nəfərin həyatını itirməsi məsafədən elektron cihazlara kənar müdaxilənin nə dərəcədə təhlükəli olmasını bir daha gündəmə gətirdi.

Bu cür hadisələr hansı təhlükələrdən xəbər verir? Bu gün hər bir vətəndaşın istifadə etdiyi smartfonlar, elektron qadcetlər və ya məsafədən idarə oluna bilən elektromobillər kiberhücum nəticəsində bizim idarəetməmizdən çıxaraq həyatımıza təhlükə yarada bilərmi? Bu kimi suallar sosial mediada ciddi müzakirə mövzusuna çevrildi.

Kriminal.Az yaranan suallara aydınlıq gətirmək üçün ekspert, tanınmış avtomobil mütəxəssisi və mühəndis-layihəçi Elçin Abbasovun fikirlərini öyrənib.

Ekspert istər smartfonların, istər məsafədən idarə oluna bilən elektromobillərin kiberhücuma necə məruz qala biləcəyini belə izah edib:

"Avtomobillərdə quraşdırılan yeni sistemlər, məsələn, avtomatik parklanma və ya insansız idarəetmə sistemlərinin təkmilləşdirilməsi, tələb edir ki, avtomobil tam olaraq elektron qaydada özünü idarə etsin.

İkinci bir məsələ avtomobilin məsafədən diaqnostika imkanlarının əldə olunmasıdır. Aydındır ki, məsafədən diaqnostika imkanları varsa, deməli, avtomobildəki qurğuları idarəetmə funksiyaları da qalır və bu funksiyalar kiberhücumlara qarşı zəifdir.

Təxminən doqquz il əvvəl belə bir eksperiment olmuşdu: Bir jurnalist hakerlə danışır və əyləşirlər JEEP avtomobilinə. Jurnalist hakerdən avtomobili idarə etdiyi zaman proqram vasitəsilə idarəetməni onun əlindən almağın mümkün olub-olmadığını soruşur. Yekunda haker idarəetməni sükan arxasında olan jurnalistin əldən alır və avtomobil sürücünün yox, hakerin istədiyi istiqamətdə gedir.

Peycer partlayışlarının doğurduğu qorxu dalğası: Smartfon və elektromobillər silaha çevrilir?

Peycer partlayışlarının doğurduğu qorxu dalğası: Smartfon və elektromobillər silaha çevrilir?

Bu, hələ doqquz il əvvəl olan hadisədir. Bu illər ərzində texnologiyanın nə qədər inkişaf etdiyini hamımız bilirik.

Yəni kiberhücum vasitəsilə istər avtomobilə, istər smartfonlara müdaxilə etmək mümkündür və belə hallar ola bilər.

Bu sistemlərin nə dərəcədə qorunma altında olduğu isə şübhə altındadır. Əgər nəzərə alsaq ki, bu gün bankların qorunma sistemini hakerlər ələ keçirə bilirlər, deməli, məsafədən idarəolunan avtomobillərdə də bu işləri görmək elə də çətin olmaz.

Çin avtomobillərinin və onlarda olan avtonom sistemlərin daha çox yayılması, məsafədən smartfonla idarəolunma sistemlərinin əmələ gəlməsi kiberhücum məsələsi ətrafında daha çox düşünməyə əsas verir.

Onlar hələ oturuşmuş şirkətlər olmadığı üçün istər hakerlərlə mübarizə sahəsində, istər avtomobil sahəsində o qədər də təcrübəyə malik deyillər. Belə avtomobillərdə bu sahənin daha zəif olduğunu düşünürəm", - deyə E.Abbasov qeyd edib.

Kiberhücumla litium batareyalarının partladılmasına nail olmaq mümkündürmü?

"Bəli, mümkündür. Proses belə baş verir - litium batareyalarında qısaqapanma olur, bu halda ondan çoxlu cərəyan axır, qızma baş verir və partlayır.

Bunu da necə uzaqdan simulyasiya etmək olar? Avtomobilin mühərriki invertorla idarə edilir, invertor isə prosessora malikdir və avtomobilin əsas kompüterindən komandalar alır.

Bu kompüter isə idarəetməni avtomobili istehsal edən istehsalçının serverindən, internet vasitəsilə ala bilər. Doğrudur, istehsalçı və avtomobil arasındakı bu əlaqə xüsusi vasitələrlə qorunur, amma hakerlər bu qorumanı yara bilirlər.

Müasir avtomobillərdə avtonom idarəetmə sistemini təkmilləşdirmək üçün avtomobilin bütün idarəetməsi elektronikanın ixtiyarına verilib.

Bu isə o deməkdir ki, hakerlər avtomobildə olan istənilən qurğunu məsafədən idarə etməklə bizim harada olduğumuzu, hansı sürətlə hərəkət etdiyimizi, hərtərəfli videogörüntümüzu, salondakı danışığımızı belə qeydə ala bilərlər.

Elektromobillərdə və hibridlərdə BMS sistemi var, yəni batareyaların idarəolunma sistemi. Hakerlər ondan istifadə edərək də batareyada partlayış, qızma hallarını yarada bilərlər. Amma bunlar hamısı nəzəri şeylərdir. Düzdür, avtomobillərdə bunları önləmək üçün nələrsə quraşdırılır, amma istənilən halda belə təhlükəli məqamlar qaçılmaz ola bilər.

Qeyd etdiyim metod smartfonlar, qadcetlər və ümumiyyətlə, litium batareyaları olan istənilən sistem üçün keçərlidir.

Bayaq da qeyd etdiyim kimi, onun içərisində komanda ilə akkumulyatoru qısa qapayan bir tranzistor qoyulur ki, lazım gələndə komanda verilən kimi onu qısa qapasın. Komanda gələn kimi qısaqapanma olur, bu zaman cərəyan artır, cərəyan artan kimi isə akkumulyator buna dözə bilmir, şişir və partlayır", -deyə E.Abbasov vurğulayıb.

Əzizə İsmayılova

Top
0.25330495834351