kriminal.az
Türkiyə Superliqasının derbi görüşü üçün satışa çıxarılan biletlər üç saniyəyə bitib

Türkiyə Superliqasının VI turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" oyununun biletləri qısa müddət ərzində satılıb.

Kriminal.Az xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi 3.1 saniyə sonra tükənib.

Bu, Türkiyə futbolu tarixində bilet satışı baxımından rekord göstəricidir.

Sentyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Superliqada 5 turdan sonra "Qalatasaray" maksimum nəticə ilə (15 xal) turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Fənərbağça" isə ikinci pillədə qərarlaşıb.

Top
0.21263384819031