kriminal.az
Muxtar Babayev BMT Baş katibinin müavini ilə Xəzərin su səviyyəsinin dəyişməsini müzakirə edib

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasının "Yüksək Səviyyəli Həftə"si çərçivəsində BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenlə dəniz mühitinin plastik tullantılarla çirklənməsinin qabaqlanması, habelə Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlığı müzakirə edib.

Kriminal.Az xəbər verir ki, bu barədə COP29-un Mətbuat Xidməti məlumat yayıb.

"BMT BA çərçivəsində Nyu-Yorkda keçirilən həftəlik tədbirlər çərçivəsində COP29 sədrliyi UNEP-in icraçı direktoru Andersen İngerlə səmərəli müzakirə aparıb. Onlar dəniz mühitində plastik çirklənmənin aradan qaldırılması və Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlıq barədə müzakirə aparıblar", - məlumatda diqqətə çatdırılıb.

Eyni zamanda, COP29-un müəyyən olunmuş prezidenti Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte ilə görüşərək iqlim maliyyələşməsini müzakirə edib.

Bundan başqa, ekologiya nazirinin Beynəlxalq Ticarət Palatasının baş katibi Con Dentonla da görüşü baş tutub. Tərəflər özəl sektorun iqlim dəyişikliyinə necə töhfə verdiyini müzakirə ediblər.

Top
0.05248498916626