Livanın "Hizbullah" şiə hərəkatı ölkənin cənubunda sərhədyanı Əl-Adisa yaşayış məntəqəsində İsrail ordusunun hərbçiləri ilə döyüş toqquşmaları haqqında məlumat verib.
Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.
"İslam müqavimətinin döyüşçüləri oktyabrın 2-də səhər tezdən Hallət əl-Mahafər tərəfdən Əl-Adisa şəhərinə soxulmağa çalışan İsrailin piyada dəstəsi ilə toqquşublar", - deyə şiə hərəkatının bəyanatında bildirilib.
"Hizbullah" iddia edib ki, İsrail ordusunun bölməsi itkilər verərək geri çəkilməyə məcbur olub.