kriminal.az
Yevlaxda səkkiz yaşlı uşağı it dişlədi

Yevlaxda səkkiz yaşlı uşağı it dişləyib.

"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndi ərazisində baş verib.

Sahibsiz it 2016-cı il təvəllüdlü Sənan Teymur oğlu Səfərovu dişləyərək onu yaralayıb.

Xəstəxanaya çatdırılan azyaşlıya zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Top
0.11092805862427