kriminal.az
15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub

Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib.

Daha sonra məktub yazaraq intihar edib.

Bərdədə itkin düşən qızı .

"Report" xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabrın 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Top
0.041077852249146