kriminal.az
İtaliyada hoteldə yanğın: 40 nəfər xəstəxanaya yerləşdirildi

İtaliyanın şimalında, Padua yaxınlığındakı Abano Terme şəhərindəki hoteldə yanğın baş verib.

Kriminal.Az ANSA-ya istiinadən xəbər verir ki, 270-dən çox insan obyektdən təxliyə edilib.

40 qonaq tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Məlumata görə, yanğın söndürülüb.

Bildirilir ki, yanğın hotelin 2-ci mərtəbəsindəki xidməti otaqda başlayıb və bütün binaya yayılıb.

Top
0.27553105354309