kriminal.az
Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq növbəti tədbir keçirilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6 350 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Top
0.038604021072388