kriminal.az
Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bu gün bir oyunla start veriləcək.

Kriminal.Az xəbər verir ki, X turun ilk qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq.

21 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 3 xalla sonuncu - onuncu pillədə qərarlaşan "Kəpəz"in qonağı olacaq.

Görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

18 oktyabr

18:00. "Kəpəz" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.

Top
0.042847871780396