kriminal.az
Məhərrəm Abbasov:

"Ölkə olaraq qarşımıza qoyulan əsas məqsədlərdən biri də 2050-ci ilə qədər atmosferə buraxılan karbon emissiyalarını 40 faizə qədər azaltmaqdır. Təbii ki, yaşıl enerjidən nə qədər geniş istifadə olunarsa, atmosferə buraxılan karbon qazı da azalmış olar".

Bu fikirləri Kriminal.Az-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.

O bildirib ki, hazırda enerji istehsalında yaşıl enerjinin payının 55 faizə çatması atmosferə buraxılan karbon qazını da ötən illərə nisbətən dəfələrlə azaldılması deməkdir:

"Hətta biz Dövlət Energetika Xidməti olaraq birgünlük Naxçıvanda karbon emissiyasını sıfıra endirmişik.

Oktyabrın 11-də muxtar respublikanın 947 508 kVt-saat elektrik enerjisinə tələbatı tam yaşıl enerji hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb".

Məhərrəm Əliyev

Top
0.045107841491699