kriminal.az
Lənkəranda bir sıra ərazilər elektriksiz qalıb

Lənkəranda qeyri-sabit hava şəraiti səbəbindən şəhərin bir çox hissəsində elektrik enerjisinin verilişində problem yaşanıb.

Kriminal.az xəbər verir ki, yağan güclü leysan yağışları elektrik təsərrüfatını sıradan çıxarıb. 

Belə ki, şəhərin ən böyük yaşayış massivləri olan 1-ci və 2-ci mikrorayon, eləcə də Raypo və "Su-8" yaşayış massivi işıqsız qalıb.

Məlumata görə, ərazini qidalandıran elektrik transformatorlarında qısaqapanma baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində tədbirlər görülür.(Report)

Top
0.067819118499756