kriminal.az
Rusiya və Ukrayna hərbi əsirləri dəyişiblər

Rusiya və Ukrayna arasında "95-95" formatında əsir mübadiləsi aparılıb.

Kriminal.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib", - məlumatda bildirilir.

Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Məlumata görə, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

Top
0.054996013641357