kriminal.az
Bakı metrosunda tüstülənmə olub: 25 dəqiqəlik interval yaranıb

"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Kriminal.Az-a açıqlama verib.

O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".

Bakı metropolitenində problem yaranıb.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, 10 dəqiqədən çoxdur ki, qatarların hərəkəti dayanıb.

Eyni zamanda, metronun "Nizami" stansiyasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Problemin səbəbi hələlik məlum deyil.

Top
0.044663906097412