kriminal.az
Bakı-Xaçmaz və Bakı-Xudat istiqamətlərində onlayn bilet satışı NARAZILIQ YARADIB

"Bakı Beynəlxalq Avtovağzalında Bakı-Xaçmaz və Bakı-Xudat istiqamətlərində onlayn biletlərin satışı bilərəkdən məhdudlaşdırılır".

Bununla bağlı Kriminal.Az-a sərnişin şikayəti daxil olub.

Qeyd olunub ki, saat 18:00, 18:30 və 19:00-a olan biletlər 2-3 gün əvvəl onlayn tətbiq olan "Biletim"dən yığışdırılır və ancaq 1-2 saat qalmış açılır.

"1-2 saat qalmış açılanda da onlayn satış heç cürə mümkün olmur. Bundan əziyyət çəkən isə yenə də biz sərnişinlər oluruq", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakı-Xaçmaz və Bakı-Xudat istiqamətində onlayn bilet satışında heç bir məhdudiyyət tətbiq edilmir:

"Bu istiqamətdə axşam reyslərində sərnişin axını olmadığı üçün əvvəllər bəzi günlərdə onlayn bilet satışı dayandırılıb".

Əzizə İsmayılova

Top
0.050108194351196