KXDR Pxenyanın rayonlarından birində Cənubi Koreyanın kəşfiyyat pilotsuz uçuş aparatının qalıqlarının tapılması fonunda Seula xəbərdarlıq etdi ki, onun hərbi vasitələrinin Şimali Koreya ərazisinə təkrar müdaxiləsi müharibə elanı kimi qiymətləndiriləcək.
Kriminal.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat verib.
"Koreya Respublikasının hərbi vasitələrinin KXDR-in ərazisinə, hava məkanına və ərazi sularına müdaxilə aktının təkrar aşkarlanması və təsdiqlənməsi KXDR-in suverenliyinə qarşı ciddi hərbi təxribat kimi qiymətləndiriləcək", - deyə nəşrdə vurğulanıb.
Qeyd olunub ki, Şimali Koreya bunu Seul tərəfindən müharibə elanı hesab edəcək və dərhal cavab zərbələri vurmağa hazırdır.