kriminal.az
Hindistanda qadın 12 il mədəsində qayçı ilə yaşayıb

Hindistanda həkimlər daimi ağrılardan şikayət edən xəstənin mədəsində cərrahi qayçı aşkar ediblər.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, qayçının 12 il əvvəl əməliyyat zamanı unudulduğu ortaya çıxıb.

Qadının əri jurnalistlərə bildirib ki, həyat yoldaşı 2012-ci ildə Qanqtokdakı klinikalardan birində appendisitdən əməliyyat olunub. Bundan sonra o daim şiddətli qarın ağrıları keçirib. Dəfələrlə ona müxtəlif dərmanlar yazan həkimlərə müraciət etsə də, ağrı geri qayıdıb. Yalnız rentgen ağrının səbəbini üzə çıxarıb.

Cərrahlar qrupu dərhal qayçını çıxarmaq üçün əməliyyat keçiriblər. Qadın artıq sağalmaq üzrədir. Lakin hadisə yerli əhalisinin qəzəbinə səbəb olub və onlar həkimin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Top
0.059899091720581