kriminal.az
ABŞ-də

ABŞ-də "McDonald's" fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.

Kriminal.Az xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda "E. coli O157:H7" bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb", - deyə məlumatda bildirilib.

Müştərilərin hamısının "Royal çizburger"dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir.

Top
0.084996938705444