kriminal.az
Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı avtomobilində qətlə yetirildi

Ötən gün saat 21 radələrində Göyçay rayonunun Potu kəndində qətl hadisəsi baş verib. 39 yaşlı Asif Eminov kəsici alətlə öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov polisə təslim olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə öldürülən şəxsin avtomobilində baş verib.

Asif Eminov ailəli olub və Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətində çalışıb.

Ailə üzvləri Potu kəndində yaşasa da, özü rayon mərkəzində yaşayırmış.

Bildirilir ki, Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşanıb. Qətl hadisəsinin həmin mübahisəyə görə törədildiyi qeyd olunur.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Göyçayda 39 yaşlı kişi qətlə yetirilib, saxlanılan var.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndində 1985-ci il təvəllüdlü Asif İxtiyar oğlu Eminovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə 37 yaşlı Xəyal Alik oğlu Mənsimov şübhəli bilinir. O, polisə könüllü olaraq təslim olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Asif Eminovla hadisəni törədən Xəyal Mənsimov dost olublar. Onların arasında mübahisə düşüb. Mübahisə zamanı Asif Xəyalı söyüb. Xəyal da söyüşə görə dostunu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Top
0.048934936523438