kriminal.az
Ərdoğan terror aktına görə Kazana səfərini yarımçıq qoyur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammiti üçün Rusiyanın Kazan şəhərinə səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər saatlarında Türkiyəyə qayıdacaq.

Kriminal.Az xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı hələ oktyabrın 24-də görüşlər keçirəcəyini planlaşdırırdı, lakin Ankarada baş verən terror aktı ilə əlaqədar Kazanı vaxtından əvvəl tərk edəcək.

"TRT" televiziyası Ərdoğanın sammit münasibətilə təşkil edilən təntənəli qəbul mərasimində iştirak etməyəcəiyini bildirib.

Top
0.065852165222168