ABŞ-də Şekspirin kitabı 100 ildən sonra kitabxanaya qaytarıldı.
Kriminal.Az bu barədə UPI-yə istinadən xəbər verir.
Məlumata görə, Paterson şəhər kitabxanasına Uilyam Şekspirin "Kral V Henrinin həyatı" əsərinin 101 il əvvəl verilmiş nüsxəsi qaytarılıb. Sintiya Deley nənəsi Arlinin əşyalarını araşdırarkən kitabı tapıb və onun 1923-cü ildə götürüldüyünü müəyyən edib.
Bundan sonra Sintiya kitabxana ilə əlaqə saxlayıb və kitabın qaytarılmasını təşkil edib.
"Kitabxana materiallarını qaytarmaq üçün heç vaxt gec deyil", - deyə kitabxananın direktoru Kori Fleminq bildirib və əlavə edib ki, 20 illik təcrübəsində belə bir hadisə ilk dəfə baş verib.
Şekspirin bu kitabının 1910-cu il nəşri kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir və kitabxanaçılar onun məhdud tirajlı olduğunu vurğulayıblar.