ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Trampı faşist adlandırıb.
Kriminal.Az xəbər verir ki, K.Harris bu fikirləri CNN telekanalının canlı efirində bildirib.
"Bəli, mən onu faşist hesab edirəm. Mən, həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən onların karyerasına bax", - deyə K.Harris bildirib.
K.Harrisin sözlərinə görə, 2017-ci ildən 2021-ci ilə qədər prezidentliyi dövründə D.Tramp administrasiyasında çalışmış bir neçə nəfər də onu "yararsız və təhlükəli" insan kimi qələmə verib.
Qeyd edək ki, D.Trampı daha əvvəl Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəisi Mark Milley və Ağ Ev qərargahının keçmiş rəhbəri, istefada olan general Con Kelli də faşist adlandırmışdılar.