Rusiyanın Kamçatka bölgəsində 5.6 bal gücündə zəlzələ baş verib.
Kriminal.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi məlumat yayıb.
Qurumun "Telegram" kanalında bildirilib ki, zəlzələnin episentri Milkovo kəndindən 164 kilometr şərqdə, Kronotski körfəzi akvatoriyasında yerləşir.
Eyni zamanda, sunami təhlükəsinin elan olunmadığı da qeyd olunub.