İsrailin İrana hücumunun hədəflərindən biri də İlamdakı "Qadir" radarı olub.
Kriminal.Az xəbər verir ki bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, bu radarın maksimum aşkarlama məsafəsi 1 100 kilometrdir. O, hədəfləri 300 kilometrə qədər yüksəklikdə izləyə bilir.
Radar gizli təyyarələri (aşağıdan uçan obyektləri), qanadlı və ballistik raketləri, həmçinin aşağı orbitli peykləri aşkar etmək üçün nəzərdə tutulub.