NATO-nun baş katibi Mark Rütte Şimali Koreya hərbçilərinin Rusiya tərəfindən Ukraynadakı hərbi əməliyyatların keçirildiyi bölgəyə yerləşdirildiyini təsdiqləyib.
Kriminal.Az xarici KİV-ə istinadən xəbər verib ki, Mark Rütte bu barədə oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib.
"Şimali Koreya ordusunun Rusiyaya göndərməsi və onların Kursk istiqamətində cəmləşdirilməsi barədə məlumatları təsdiq edə bilərəm. Bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin növbəti dəfə pozulmasıdır. Şimali Koreyanın Rusiyaya ordu göndərməsi regionda eskalasiyaya səbəb olacaq və müharibə arealını genişləndirəcək", - deyə NATO-nun baş katibi vurğulayıb.